Moldovada keçirilən parlament seçkilərində ölkə Prezidenti Maya Sandunun Avropayönümlü “Fəaliyyət və Həmrəylik” partiyası liderdir.
1xeber.media verir ki, bu barədə məlumatı Moldovanın Mərkəzi Seçki Komissiyası yayıb.
Belə ki, səslərin 99.65%-nin hesablanmasından sonra Sandunun partiyası 50,06 faiz səs toplayıb. Bu isə onun partiyasının parlamentdə 101 yerdən 54-nü tutması deməkdir.
Rusiyayönümlü “Vətənpərvərlik bloku” isə səslərin 24,25 faizini toplayıb ki, bu da parlamentdə 27 yeri təmin edir.
Daha bir Avropayönümlü “Alternativ” bloku isə ilkin məlumata əsasən, 8 mandat əldə edəcək.