Вернуться назад Распечатать

47 idmançıdan ibarət qrup İsrailə qadağa qoyulması üçün UEFA-ya müraciət edib

47 idmançıdan ibarət qrup Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) müraciət edərək İsrail klublarının və milli komandalarının beynəlxalq yarışlardan kənarlaşdırılmasını tələb ediblər.

1xeber.media xəbər verir ki, açıq məktub Athletes4peace portalında dərc olunub.

"İdman ədalətsizliyə qarşı neytral deyil. Susmaq bəzi həyatların digərlərindən daha dəyərli olduğunu qəbul etməkdir. Biz bütün millətlər və bütün insanlar üçün vahid standarta inanırıq: ikili standartlar olmadan ədalət", - bəyanatda deyilir.

Məktubu imzalayanların əksəriyyəti futbolçulardır. Onların arasında Malili Kristal Pelasın yarımmüdafiəçisi Cheick Doucoure, mərakeşli yarımmüdafiəçi Hakim Ziyech və keçmiş Hollandiya millisi Ənvər Əl Qazi də var.

Sentyabrın 23-də BMT-nin səkkiz eksperti UEFA-ya və Beynəlxalq Futbol Federasiyasına (FİFA) müraciət edərək İsrailin beynəlxalq yarışlarda iştirakının qadağan edilməsini istəyib. Onlar motivasiya kimi “Fələstində davam edən soyqırımı” göstəriblər.