Вернуться назад Распечатать

“Krokus”a hücum zamanı terrorçular telefonla ərəbcə danışıblar

Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında törədilən terror aktı zamanı hücum edənlər öz aralarında və telefonla ərəb dilində danışıblar.
1xeber.media xəbər verir ki, məhkəmədə ifadəsi oxunan zərərçəkmişlərdən birinin sözlərinə görə, bundan belə nəticə çıxır ki, terrorçular “Krokus”un zalında və dəhlizində atəş açandan sonra “onlar ərəb dilində bir neçə cümlə mübadiləsi aparıblar”, - proses iştirakçısı agentliyə bildirib.

Şahid təcavüzkarların bir qadınla telefonda ərəbcə danışdığını da eşidib. Bununla belə, qadın silahlıların rusca danışdığını eşitmədiyini açıqlayıb.

Qeyd olunur ki, şahid valideynləri ilə birlikdə Piknik konsertinə qatılıb, lakin onlar öz yerlərinə çata bilməyiblər. Qadın və anası yaralanıb, atası isə “qucağında ölüb”.