Вернуться назад Распечатать

Baş Prokurorluğun nümayəndələri beynəlxalq forumda iştirak ediblər

Cari il 24-25 sentyabr tarixlərində Qazaxıstan Respublikasının Türkistan şəhərində “Dövlət ittihamı institutunun təkmilləşdirilməsi: problemlər və inkişaf yolu” mövzusunda Beynəlxalq Forum keçirilib. Tədbirdə Qazaxıstan Respublikasının Baş prokuroru və rəhbər heyəti ilə yanaşı, Azərbaycan, Türkiyə, Macarıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan prokurorluqlarının nümayəndələri iştirak edib.

1xeber.media xəbər verir ki,forumda Azərbaycan Respublikası Baş Prokurorluğunu Dövlət ittihamının müdafiəsi üzrə idarənin şöbə rəisi Binnət Həsənov və həmin şöbənin prokuroru Eldar Məmmədov təmsil edib.

Beynəlxalq tədbirdə çıxış edən Binnət Həsənov “Azərbaycan Respublikasının məhkəmələrində dövlət ittihamının müdafiəsinin xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edərək, ölkəmizin müvafiq sahədə əldə etdiyi təcrübəni iştirakçılarla bölüşüb.

Forum çərçivəsində məhkəmələrdə dövlət ittihamının müdafiəsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr keçirilib.

Tədbir iştirakçıları Türkistan vilayət prokurorluğunun inzibati binasının həyətində xatirə ağacı əkib, həmçinin şəhərin tarixi-mədəni məkanlarına ekskursiya ediblər.