Вернуться назад Распечатать

“Bakılı oğlanlar”ın oxşar taleyi – Anarla Cabirin ölümündə qəribə məqam

Əməkdar artist Cabir İmanov bu gün vəfat  edib. O, idman zalında infarkt keçirib. Həkimlərin müdaxiləsinə rəğmən, aktyoru həyata qaytarmaq mümkün olmayıb.

1xeber.media xəbər verir ki, Cabir İmanovun qəfil ölümü cəmiyyətdə böyük sarsıntı yaradıb. Kifayət qədər sağlam, gənc olmasına rəğmən dünyasını dəyişməsi onu sevən hər kəsi məyus edib.

C.İmanov gənc  yaşlarından sevilən komediya aktyoru olub. O, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasının üzvü kimi səhnəyə çıxmışdı. Bu komandaya mərhum Anar Məmmədxanov rəhbərlik edirdi.

Cabir İmanovun ölümü Anar Məmmədxanovun dünyadan vaxtsız köçməsini xatırladır. Belə ki, A.Məmmədxanov 2011-ci ilin 23 aprel günü vəfat   edib. Onun ölüm səbəbi kimi ürək çatışmazlığı göstərilirdi. A.Məmmədxanov evində olarkən halı pisləşib və həyatını itirib.

C.İmanovla A.Məmmədxanovun taleyindəki bu oxşarlıq – qəfil ölüm xüsusilə diqqət çəkir.

Xatırladaq ki, Cabir və Tahir İmanovlar Azərbaycanın tanınmış bəstəkarı Süleyman Ələsgərovun nəvələridir.

Allah rəhmət eləsin.

Globalinfo.az