Вернуться назад Распечатать

MSK bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət etməyəcək

Bələdiyyə seçkilərinə xaricdən heç bir müşahidəçi dəvət etməyəcəyik.

1xeber.media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, əgər MSK-ya bu barədə özləri müraciət etsələr, bu barədə qərar qəbul olunacaq:

"Təbii ki, kim bizə müraciət ünvanlayacaqsa, qəbul edəcəyik. Amma biz özümüz xaricdən müşahidəçi dəvət etməyəcəyik. Çünki bələdiyyə seçkiləri daxili məsələdir".