Вернуться назад Распечатать

Məzahir Pənahov açıqladı-Onlar səs verə bilməyəcək

Bu dəfə də yeddi seçki dairəsinin seçiciləri bələdiyyə seçkilərində səs verə bilməyəcəklər.

1xeber.media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 2-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, həmin seçki dairələrinin seciciləri tamamilə məcburi köçkünlərdən ibarətdir:

"Onlar öz doğma torpaqlarında tamamilə məskunlaşdıqdan sonra orada bələdiyyə seçkiləri keçiriləcək. Bu, böyük hadisə olacaq".