“Qəzzada münaqişəyə son qoyulması ilə bağlı ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif edilən hərtərəfli planı alqışlayırıq”.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında edilən paylaşımda deyilir.
“Davamlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir”, - paylaşımda qeyd olunub.
Bildirilib ki, məhbusların və girovların mübadiləsi, eləcə də əhalinin humanitar ehtiyaclarının qarşılanması uzunmüddətli sabitliyə və siyasi nizamlanmaya yol açmaq üçün vacib əhəmiyyət kəsb edir.
Xatırladaq ki, Ağ Ev Qəzza zolağında münaqişənin həlli üçün 20 bənddən ibarət sülh planı təqdim edib.