1xeber.media xəbər verir ki,Yaxın vaxtlarda Türkiyə, Rusiya və İran Suriya ilə bağlı Astana formatında görüş keçirməyi planlaşdırır. Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iranlı həmkarı Abbas Araqçı ilə danışıqlardan sonra bunu bəyan edib.
O, görüşün nazirlər səviyyəsində keçiriləcəyinə aydınlıq gətirib.TRT Haber onun sözlərindən sitat gətirir: “Biz tezliklə Astana prosesini yenidən həyata keçirəcəyik.Fidan qeyd edib ki, Türkiyə və İranın “Suriya məsələsi ilə bağlı fikirlərini səmimiyyətlə bildirməsi” Suriya üçün çox vacibdir.
Bundan əlavə, o, hakimiyyətin “vətəndaş müharibəsinin davam etməsini, şəhərlərin bombalarla dağıdılmasını” istəmədiyini bildirib.Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri onu da vurğulayıb ki, o, artıq Rusiya xarici işlər naziri Sergey Lavrovla bu barədə danışıb.