Вернуться назад Распечатать

Cabir sanki nəyi isə hiss edirdi - Tahir İmanov

"Cabir sanki nəyi isə hiss edirdi".

1xeber.media xəbər verir ki, bunu mərhum Əməkdar artist Cabir İmanovun vida mərasimində qardaşı Tahir İmanov  bildirib.

"Cabir hər həftənin sonunda bağa yox, Şuşaya getmək istəyirdi. İstəyirdi ki, Cıdır düzündə olsun. Düz 5 gün qabaq biz ailələrimizlə, balalarımızla yenə Şuşaya getdik. Keçən həftənin üçüncü günü bəstəkar Süleyman Ələsgərov barədə ailəmiz tərəfdən bədii filmin çəlkilişləri oldu. Mən heç vaxt film haqda danışmıram. Amma film onun nəvə-nəticələri ilə bitir. Cabir də həmin sonluqda çəkildi. O, sanki film çəkiləndən sonra nəsə hiss edirdi. Mənə dedi ki, uşaqlar getsin, gedək gəzək. Getdik gəzdik".