Вернуться назад Распечатать

Pakistanda partlayış nəticəsində azı 10 nəfər ölüb

Pakistanın Bəlucistan əyalətində küçə partlayışı nəticəsində azı 10 nəfər ölüb.

1xeber.media xəbər verir ki, bu barədə yerli "Dawn" qəzeti sentyabrın 30-da hökumət rəsmilərinə istinadən məlumat yayıb.

"Kvettada Sərhəd Korpusunun (FC) qərargahı yaxınlığında insanların sıx olduğu küçədə bombanın partlaması nəticəsində ən azı 10 nəfər ölüb ", - qəzet yazır.

Qəzetin məlumatına görə, insident “bombalı avtomobil” nəticəsində baş verib, 32 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.