Hollandiyanın vəliəhd şahzadəsi Amaliya ehtiyatda olan hərbi xidmətə hazırlamaq üçün hazırlanmış proqram üzrə təlimlərə başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 30-da Müdafiə Nazirliyinin saytında məlumat verilib.
"Şahzadə Amaliya bu gün Müdafiə Kollecində təhsilə başlayıb. O, müxtəlif nəzəri modulları və təlim kurslarını bitirəcək, həmçinin Müdafiə Baş Qərargahında işçi tələbə kimi çalışacaq", - məlumatda deyilir.
Onun bu yaxınlarda sınığı olduğu üçün bütün fiziki məşqlərdə iştirak edə bilməyəcəyi dəqiqləşib. Qazeta.Ru əlavə edib ki, iyunun əvvəlində o, atdan yıxılaraq qolunu sındırıb.