Вернуться назад Распечатать

“Kopenhagen”lə matça Qarabağ atları da qatılacaq

Xəbər verdiyimiz kimi, sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Qarabağ” – “Kopenhagen” matçı keçiriləcək. Oyun öncəsi azarkeşləri xüsusi sürpriz gözləyir.

1xeber.media  xəbər verir ki, bununla bağlı “Qarabağ”ın sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Belə ki, matçdan əvvəl Qarabağ atları stadionun ətrafında dövrə vuracaq. Bu ənənəvi simvol klubun adını və Qarabağ ruhunu azarkeşlərə daha yaxından çatdırmaq məqsədi daşıyır.

Bildirilir ki, dövrə stadionun atletika zolağında 19:35-də start götürəcək.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” qarşılaşması sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.