1xeber.media xəbər verir ki, Sentyabrın 30-da BMT-nin baş katibi Antonio Quterreş ABŞ prezidenti Donald Trampın Qəzza münaqişəsinin sülh yolu ilə həlli planını təsdiqləyib və onun həyata keçirilməsinə çağırıb.
"BMT Fələstin xalqı, İsrail və bütün region üçün sülh, sabitlik və daha parlaq gələcəyə xidmət edən bütün səyləri dəstəkləmək öhdəliyində sadiq qalır", - Quterreş sosial mediadakı X səhifəsində (keçmiş Twitter) yazıb.
BMT-nin baş katibi həmçinin ərəb və müsəlman dövlətlərinin regionda sülhün və atəşkəsin əldə olunmasında mühüm rolunu yüksək qiymətləndirib.