Вернуться назад Распечатать

Tikinti materialları ucuzlaşır

Payız aylarında bir qayda olaraq tikinti materiallarının qiyməti aşağı düşür. Bu da havaların əlverişsiz keçməsi ilə bağlıdır. Yağıntılı günlərdə tikinti əsasən dayanır və yaxud səngiyir. Bu da tikinti materiallarına olan tələbatın azalmasına səbəb olur. Tələb azaldıqca təbii ki, qiymət də aşağı düşür.

Hansı materialların ucuzlaşması gözlənilir?

1xeber.media xəbər verir ki,suala aydınlıq gətirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya bildirdi ki, tikinti materiallarının qiymətləri ilə bağlı proqnozlar, bazardakı tələb-təklif balansı, istehsal həcmləri və idxal-ixrac göstəricilərinə əsaslanır:

“Son məlumatlara əsasən, bəzi tikinti materiallarının qiymətlərində azalma gözlənilir.Ucuzlaşması gözlənilən tikinti materialları sırasında ilk sırada taxta məmulatları gəlir. Payız-qış aylarında tikintidə bu materialdan demək olar ki, istifadə edilmir. Çünki yağıntılı havada taxta materialları nəm çəkir. Bu da sonrakı dövrlərdə problem yaradır. Ona görə də taxta materiallarına tələbat əsasən yaz-yay aylarında artır.

Payız aylarında tələbatın azalacağı proqnozlaşdırılan tikinti materiallarından biri də beton və sementdir.

2025-ci ilin avqust ayında sement istehsalı 2.3% azalıb. Bu da tələbatın azalmasını və sement qiymətlərinin aşağı düşə biləcəyini göstərir. 2024-cü illə müqayisədə isə bu ilin geridə qalan dövründə beton plitə bazarında istehlak 4.4% azalıb. Bu da təklifin azalması ilə qiymətlərin ucuzlaşmasına səbəb ola bilər. Ona görə də yaxın bir ayda bəzi tikinti materialları xeyli ucuzlaşacaq”.