Вернуться назад Распечатать

Prezident Rusiya ilə müharibə barədə bəyanat verdi

"Qərb Gürcüstandan Rusiya ilə müharibəyə qoşulmağı tələb edirdi, bu isə kiçik bir ölkə üçün 2008-ci ildə olduğu kimi fəlakətlə nəticələnə bilərdi".
1xeber.media xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Amerikanın “Responsible Statecraft” nəşrinə müsahibəsində bildirib.
“Qərb bizdən Rusiya ilə müharibəyə getməyi tələb edirdi ki, bu da bizim həyati milli maraqlarımıza zidd olardı. Bu, 2008-ci ildəki kimi nəticələnəcəkdi. O zaman NATO-ya etimad edən hökumətin qeyri-rasional addımları Gürcüstanı fəlakətə sürüklədi”, – deyə Kavelaşvili vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstanla Avropa İttifaqı arasındakı münasibətlər Ukraynada müharibənin başlamasından və Gürcüstan hakimiyyətinin Kiyevə hərbi yardım göstərmək istəməməsindən sonra pisləşib.
Kavelaşvili əlavə edib ki, hazırda Gürcüstanda xalqın və ölkənin maraqları naminə fəaliyyət göstərən bir hökumət var. O, həmçinin qeyd edib ki, hakimiyyət xaricdən göstərilən təsir cəhdlərinə baxmayaraq, Gürcüstanın milli maraqlarının və iqtisadi inkişafının keşiyində dayanır.
Bakupost.az