Avropa İnvestisiya Bankı (AİB) enerji korporasiyası “Naftoqaz”a qaz alışı üçün 300 milyon avro kredit verəcək.
1xeber.media xəbər verir ki, bu barədə Ukrayna şirkətinin Telegram kanalında məlumat verilib.
Korporasiya Avropa maliyyə qurumu ilə əldə olunan razılaşmanı “tarixi” adlandırıb. Vəsaitlər uzunmüddətli yanacaq ehtiyatlarının yaradılmasına və bu qışda sakinlərin dayanıqlı qaz təchizatının təmin edilməsinə yönəldiləcək. Vəsaitin əldə edilməsi üçün Naftogaz nümayəndələrindən bərpa olunan enerji və karbonsizləşdirmə layihələrinə analoji məbləğdə (300 milyon avro) sərmayə qoyması tələb olunacaq.