İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzanı şimal və cənub hissələrə ayıran Netzarim dəhlizinə nəzarəti ələ keçirib.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 1-də İDF-nin mətbuat xidməti məlumat yayıb.
“Son 24 saat ərzində İDF qoşunları Qəzza zolağının şimalında Netzarim dəhlizinə operativ nəzarəti gücləndirmək və saxlamaq məqsədi ilə məqsədyönlü quru əməliyyatlarına başlayıblar”, - deyə İDF öz Telegram kanalında yazıb.
Qeyd olunur ki, İDF bu əməliyyatlar vasitəsilə HƏMAS-ın əməliyyat imkanlarını sarsıtmağa və dəhliz üzərində nəzarəti genişləndirməyə çalışıb.