Вернуться назад Распечатать

Paşinyan Ermənistanın KTMT-dən müstəqilliyini elan edib

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməməsinin ölkənin müstəqilliyinə töhfə verdiyini bəyan edib.

1xeber.media xəbər verir ki, bu barədə parlamentdə hökumət saatı zamanı bildirib. “2022-ci ildə biz anlayanda ki, KTMT bizim qarşısında öhdəliklərini yerinə yetirməyib, yerinə yetirmir və yerinə yetirməyəcək, o an müstəqil olduq, çünki başa düşdük ki, yalnız özümüzə arxalana bilərik”, - Paşinyan bildirib. Ermənistanın baş naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təhlükəsizlik sistemini köpük kimi xarakterizə edib. 2024-cü ilin fevralında Paşinyan Ermənistanın KTMT-də iştirakını dayandırdığını bəyan edib.Həmin ilin mayında Ermənistan Xarici İşlər Nazirliyi ölkənin təşkilatın işini maliyyələşdirməyəcəyini açıqlamışdı.Bu qərara İrəvanın KTMT-nin Dağlıq Qarabağdakı vəziyyətə effektiv reaksiya verməməsi və Ermənistanın təhlükəsizliyinə biganəlik nümayiş etdirməsi ilə bağlı fikirləri əsaslandırılıb.