Вернуться назад Распечатать

Dollar ucuzlaşdı

Oktyabrın 1-də ABŞ-də federal hökumətin fəaliyyətinin qismən dayandırılması fonunda dollar əsas valyutalara qarşı zəifləyib və həftəlik minimum həddinə enib.

1xeber.media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, respublikaçılarla demokratlar arasında razılaşmanın əldə olunmaması səbəbindən dollar indeksi (avro və yen də daxil olmaqla 6 valyutaya qarşı hesablanır) 0,2 faiz geriləyib.

Həmçinin ABŞ Əmək Statistikaları Bürosunun açıqladığı ziddiyyətli göstəricilər də dolların enişinə təsir edib. Hesabatda qeyd olunub ki, avqustda yeni vakansiyaların sayı cüzi artsa da, muzdlu işçilərin sayı azalıb.

ABŞ Prezidenti Donald Tramp isə Konqresdəki demokratları xəbərdar edərək bildirib ki, şatdaun davam edərsə, administrasiya onlar üçün vacib hesab edilən bir sıra proqramların bağlanması da daxil olmaqla “geridönməz addımlar” ata bilər.

“Commonwealth Bank of Australia”nın valyuta şöbəsinin rəhbəri Cozef Kapurso isə hesab edir ki, hökumətin uzunmüddətli fəaliyyətinin dayandırması dolların enişini sürətləndirə, zəif iqtisadi göstəricilər isə bu prosesdə mühüm rol oynaya bilər.