Вернуться назад Распечатать

Monteneqronun Budva şəhəri ətrafında meşə yanğını başlayıb

Monteneqronun Budva şəhəri ətrafında dağlıq ərazidə meşə yanğını baş verib.

1xeber.media xəbər verir ki, Podostroq kəndi ərazisində başlayan yanğının söndürülməsinə Budva Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. Mülki müdafiə qüvvələri yanğının daha geniş əraziyə yayılmaması üçün mübarizə aparır.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.