Вернуться назад Распечатать

Fransız generalı "bu gecə" müharibəyə hazır olmağa çağırır

Fransa Quru Qoşunlarının komandanı general Pierre Schill bildirib ki, NATO ölkələri çox yaxın gələcəkdə döyüş əməliyyatlarına başlamağa hazır olmalıdırlar.
1xeber.media xəbər verir ki, O hesab edir ki, Fransa silahlı qüvvələrinin inkişafına böyük sərmayə qoymalı və “Avropanın ən güclü quru qüvvələri” reputasiyasını bərpa etməlidir.“Valeurs Actuelles” jurnalına verdiyi uzun müsahibədən məlum olur ki, general Rusiya-Ukrayna münaqişəsini diqqətlə izləyir və Qərb ölkələrinin hava və yerüstü pilotsuz uçan aparatların istehsalı və istifadəsində geridə qaldığını etiraf edir. Fransa Quru Qoşunlarının komandanı general Pierre Schill bildirib ki, Qərb hətta çox yaxın gələcəkdə döyüş əməliyyatlarına başlamağa hazır olmalıdır.Valeurs Actuelles üçün yazdığı məqalədə o, 2025-2026-cı illər üçün Fransa Silahlı Qüvvələrinin inkişafı ilə bağlı baxışını açıqlayıb.