Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında növbəti voleybol matçı keçirilib.
1xeber.media-ın bölgə müxbiri xəbər verir ki, Gəncədə voleybol üzrə oğlanlardan ibarət Azərbaycan millisi Özbəkistanla qarşılaşıb. Görüşdən əvvəl Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib.
Qarşılaşma Özbəkistan yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.