Rusiya Çindən gələn turistlər üçün vizasız rejim tətbiq edəcək. Bu barədə Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında bildirib.
1xebe.media xəbər verir ki,O, bunun Çinin son analoji qərarına qarşılıq bir addım olacağını qeyd edib. “Qarşılıqlı addımlarımıza gəlincə və mən bunu Pekində artıq bəyan etmişəm, biz hər şeyi eyni şəkildə edəcəyik”, - Putin bildirib.
Onun sözlərinə görə, vizasız rejimin tətbiqinin nəticələri müsbət olacaq, çünki “dövlətlərarası münasibətlərin təməli ilk növbədə insan səviyyəsində yaradılır”.
Bundan əvvəl Çin Rusiya vətəndaşları üçün 2025-ci il sentyabrın 15-dən 2026-cı il sentyabrın 14-dək vizalardan imtina edib. Ruslara ölkəyə daxil olmaq üçün yalnız etibarlı pasport lazım olacaq. Çinin qərarını şərh edən Putin bunu gözlənilməz dostluq əlaməti adlandırıb.