Вернуться назад Распечатать

Putinin çıxışından sonra Kiyevdə partlayış səsləri eşidilib

Ukrayna, ölkə sərhədlərini keçən dronların hücumu ilə əlaqədar hava hücumu xəbərdarlığı edib.
1xeber.media xəbər verir ki, Telegram-ın müvafiq monitorinq kanalında müvafiq yazı dərc edilib. Artıq Kiyevdə partlayış səsləri eşidilib.Ümumilikdə 40 Geran tipli pilotsuz təyyarənin Ukraynaya hücum etdiyi bildirilir. Ukrayna hədəflərinə reydlər Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun 22-ci illik iclasının plenar iclasında çıxışını bitirdikdən dərhal sonra başlayıb.Rusiya lideri dörd saata yaxın sualları cavablandırıb.