ABŞ hökumətinin bağlanması fonunda Ukrayna silah tədarükündə gecikmələrlə üzləşə bilər.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 2-də mənbələrə istinadən “The Telegraph” nəşri məlumat yayıb.
Məqalədə deyilir: “Amerika silahlarının döyüş meydanına çatdırılması ABŞ hökumətinin fəaliyyətini dayandırması səbəbindən gecikə bilər”.
Qeyd olunur ki, bəzi hökumət proqramlarının dayandırılmasından sonra ABŞ-ın Ukraynaya hərbi dəstəyi ilə bağlı müzakirələr dayandırılıb.