Fransa rəsmiləri tərəfindən saxlanılan "Boracay" tankeri yenidən səfərə başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 3-də Fransanın TF1 telekanalı məlumat yayıb.
“İşə yaxın mənbənin sözlərinə görə, kapitan və köməkçisi “polis nəzarətində saxlandıqdan sonra” gəmiyə qayıdıblar”, - məlumatda deyilir.
Tanker oktyabrın 3-nə keçən gecə yenidən dənizə çıxıb.