Вернуться назад Распечатать

Prezidentdən məmurlara tövsiyə: "Az danışın, çox işləyin"

Belarus prezidenti Aleksandr Lukaşenko Minsk vilayətindəki Soliqorsk quşçuluq fermasında olub. 

1xeber.media  məlumatına görə, o, bölgə rəhbərliyinə və ümumilikdə rəsmilərə tövsiyə edib ki, az danışıb, daha çox iş görsünlər.
"Bizə az danışmaq və daha çox iş görmək lazımdır. Bu, mənim sizə ictimai məsləhətimdir", deyə Aleksandr Lukaşenko bildirib.
Belarus prezidenti çöl işlərinin keyfiyyətini tənqid edib: "Bu şum deyil. Əgər pis şumlanıbsa, heç bir məhsul olmayacaq. Çünki sonradan buldozerlə tarlanı hamarlayacaqsınız".