Вернуться назад Распечатать

Rəsmi Bakı İrana qarşı sanksiyalara qoşulubmu?

"Nazirliyin məsələ ilə bağlı hər hansı şərhi yoxdur"

1xeber.media  xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

O, İrana qarşı beynəlxalq sanksiyalar BMT Təhlükəsizlik Şurasında bərpa olunduqdan (lehinə - 4, əleyhinə - 9) Azərbaycanın qoşulub-qoşulmadığına dair sualı bu cür cavablandırıb. 

Xatırladaq ki, BMT-nin İrana qarşı sanksiyaları 10 illik fasilədən sonra yenidən qüvvəyə minib. BMT Təhlükəsizlik Şurası 2006-cı ildə nüvə proqramına görə İrana qarşı sanksiyalar tətbiq edib və o vaxtdan bu sanksiyalar bir neçə dəfə sərtləşdirilib. 2015-ci ildə Tehranın məhdudiyyətlərin aradan qaldırılması müqabilində nüvə proqramını məhdudlaşdırmağa söz verdiyi razılaşmalar əldə edilib və 2016-cı ilin yanvarında sanksiyalar rəsmən ləğv olunub. Rusiya və Çin isə sanksiyaların bərpasını altı ay təxirə salmağı təklif edirdi.

Türkiyə də sanksiyalara qqoşulub. "Resmi Gazete"də 20 fiziki və 18 hüquqi şəxsdən ibarət siyahı dərc olunub.