1xeber.media xəbər verir ki, Polşanın "Fakt" qəzetinin yazdığına görə, Polşa hökuməti Çexiya ilə ərazi mübahisəsini yenidən açacaq.
“Mübahisə 1950-ci illərdəki razılaşmalara əsasən, Çexiyada qalan 368 hektar sərhəd ərazisinə aiddir”, - qəzet izah edir.
Qeyd olunur ki, Polşa hökuməti oktyabrın 3-ü və 4-də Çexiyada keçirilən parlament seçkilərinin nəticələrindən sonra bu ərazilərin mülkiyyət hüququ ilə bağlı danışıqları bərpa edəcək.
Bundan əvvəl “The Guardian” yazıb ki, Avropa İttifaqı (Aİ) Çexiyanın keçmiş baş naziri Andrey Babişin “Narazı Vətəndaşların Fəaliyyəti” (ANO) partiyasının Çexiya seçkilərində mümkün qələbəsindən ehtiyat edir, çünki onun hakimiyyətə qayıdışı Ukraynanın vəziyyətini daha da pisləşdirəcək.