Sentyabr ayında, ümumilikdə, 37 aptekdə yoxlama aparılıb. Yoxlamalardan doqquzu Bakı şəhərində, 28-i isə digər rayonlarda keçirilib.
Bu barədə 1xeber.media-a Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Aparılmış planlı və plandankənar yoxlamalar nəticəsində səkkiz aptekdə müxtəlif nöqsanlar aşkar olunub.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə, ümumilikdə, 11 protokol tərtib edilib.