HƏMAS hərəkatı oktyabrın 5-i yerli vaxtla saat 18:00-a (oktyabrın 6-sı Bakı vaxtı ilə 02:00) qədər Amerikanın təklif etdiyi sazişin şərtləri ilə razılaşmalıdır.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.
"HƏMAS ilə razılaşma oktyabrın 5-i Vaşinqton vaxtı ilə saat 18:00-a qədər əldə edilməlidir. Bütün ölkələr sazişi imzalayıb! Bu son şans reallaşmasa, HƏMAS daha əvvəl görünməmiş cəhənnəmlə üzləşəcək", - deyə o bildirib.