Вернуться назад Распечатать

Aİ Rusiyaya qarşı sanksiyaları “hibrid hərəkətlərə” görə uzadıb

1xeber.media xəbər verir ki, Avropa İttifaqı Şurası “Rusiyanın xaricdə sabitliyi pozan hərəkətlərinə görə məsuliyyət daşıyan” şəxslərə və qurumlara qarşı fərdi sanksiyaları bir il müddətinə uzadıb.

“Şura bu gün “Rusiyanın xaricdəki sabitliyi pozan hərəkətlərinə görə məsuliyyət daşıyan” şəxslərə və qurumlara qarşı fərdi məhdudlaşdırıcı tədbirlərin daha bir il müddətinə, 9 oktyabr 2026-cı ilə qədər uzadılması barədə qərar qəbul edib”, - Aİ Şurasının bəyanatında deyilir.

Sanksiyalar “Rusiyanın Aİ-yə, onun Üzv Dövlətlərinə və tərəfdaşlarına qarşı xarici informasiya sahəsinə manipulyasiya və müdaxilə də daxil olmaqla davam edən hibrid fəaliyyətini nəzərə alaraq” uzadılıb.

Aİ Şurası Rusiyanın 8 oktyabr 2024-cü il tarixində "hibrid" sabitliyi pozan hərəkətlərinə cavab olaraq əlavə sanksiyalar tətbiq edib. Bu sanksiyalar Rusiyadan olan 47 fiziki və 15 qurumu hədəf alır.

Onların aktivləri dondurulur və Aİ vətəndaşlarına və şirkətlərinə onlara vəsait, maliyyə aktivləri və ya iqtisadi resurslar təqdim etmək qadağandır. Həmin şəxslərə həmçinin Aİ ərazisinə giriş və ya tranzit qadağası da var.