Вернуться назад Распечатать

Ukrayna yeni rekorda imza atdı: Bu obyekti vurdu!

Bu gün Ukrayna ordusu Orenburq vilayətində yerləşən neft emalı zavoduna zərbələr endirib.

1xeber.media xəbər verir ki, politoloq Kamran Cəfərov Ukraynadan Orenburqa qədər məsafənin 2200 km civarında olduğunu vurğulayıb.

O bildirib ki, bu, zərbə dərinliyi baxımından rekord sayıla bilər. Belə ki, Ukrayna indiyə qədər dronlarla bu qədər dərinliyə hücum etməmişdi.

Qeyd edək ki, Ukrayna Rusiyada uzun müddətdir NEZ-ləri hədəf alır, bunun nəticəsində artıq Rusiyada ciddi yanacaq çatışmazlığı başlayıb.