Rusiya Erməni İttifaqının rəhbəri Ara Abramyan Ermənistanın siyasi vəziyyəti ilə bağlı sərt bəyanatla çıxış edib. Onun sözlərinə görə, hazırkı hakimiyyətin fəaliyyəti dövründə ölkədə demokratiyadan danışmaq mümkün deyil və bu hal xalqın gələcəyi üçün ciddi təhlükə yaradır.
1xeber.media xəbər verir ki, Abramyan Ermənistan cəmiyyətinin öz siyasi seçimini sərbəst ifadə etmək imkanından məhrum edildiyini deyib:
“Ermənistanda indi demokratiyadan söhbət belə gedə bilməz. Xalqın iradəsi nəzərə alınmır, siyasi proseslər idarə olunan ssenarilər üzrə qurulur,” – deyə o qeyd edib.
Qeyd edək ki, Ara Abramyan uzun illərdir Rusiyada erməni diasporunun ən nüfuzlu fiqurlarından biri hesab olunur. Onun açıqlamaları həm İrəvan, həm də Moskva dairələrində diqqətlə izlənilir.