Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində bütün məktəblərdə dini atributlardan istifadəyə qadağa qoyulub.
Məlumata görə, bölgədəki 303 məktəb xüsusi lokal aktlar təsdiqləyib və bu sənədlərə əsasən, hicab, niqab, eləcə də şlyapa, yaylıq kimi baş geyimlərinin dərs prosesində istifadəsinə icazə verilmir.
1xeber.media xəbər verir ki, qaydalarla razılaşmayan valideynlərə övladlarını ev təhsili formasına keçirmək təklif olunub.
Yuqra vilayətinin müftisi Tağir Samatov məsələ ilə bağlı açıqlamasında valideynləri məktəb nizamnaməsinə anlayışla yanaşmağa çağırıb. O, qızlara məktəbə daxil olarkən baş örtüklərini çıxarmağı tövsiyə edib.
Yeni qərar Rusiya cəmiyyətində təhsil müəssisələrində dini geyimlərin istifadəsi ətrafında müzakirələri yenidən gündəmə gətirib.