Вернуться назад Распечатать

Cəbrayılda 800-dən artıq şəxs İŞLƏ təmin edilib

Cəbrayıl rayonuna köçürülmüş 880-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib.

1xeber.media xəbər verir ki, bununla bağlı Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, indiyə qədər rayonda 811 nəfərin məşğulluğu təmin edilib, onlardan 40 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb.

Məlumata görə, 72 Cəbrayıl sakini isə peşə kurslarına cəlb olunub.