Вернуться назад Распечатать

Onları siz də tanıyın...

Azərbaycan Prezidenti İlham Əliyev “2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, bu il tələbə adını qazanmış 102 nəfərə Prezident təqaüdü veriləcək.

1xeber.media  məlumatına görə, Prezident təqaüdünə layiq görülən 102 tələbədən 5-i Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunlarıdır.
Bunlar liseyin məzunları Ziya Alızadə, Röyalə Bəxtiyarova, Ləman Əhmədzadə, Tamella Əliyeva və Xədicə İsmayılzadədir.
Azərbaycan ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 manat müəyyən edilib.