Вернуться назад Распечатать

Bəhruz Nəbiyev: Belə yarışların keçirilməsi çövkən idman növünün inkişafı üçün mühüm rol oynayır

Çövkən oyununun bütün dünyaya yayılması, tanıdılması və inkişafı üçün bu cür yarışların keçirilməsi ox mühüm rol oynayır.

1xeber.media-nın bölgə müxbiri xəbər verir ki, bu sözləri Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev III MDB Oyunları çərçivəsində Şəkidə keçirilən yarış zamanı jurnalistlərə açıqlamasında deyib.

Federasiya prezidenti bildirib: “Ümumiyyətlə, istənilən beynəlxalq turnirdə çövkən idman növünü görmək mənim üçün çox xoşdur. 2024-cü ildə Azərbaycanda Beynəlxalq Çövkən Federasiyası yaradıldı. Bu, Azərbaycan idman tarixi üçün qızıl hərflərlə yazılası bir məsələ idi. Çünki federasiya Azərbaycanda yaradılmış və qərargahı Bakı şəhəri olan ilk beynəlxalq idman təşkilatı kimi tarixə düşdü. Keçən il Azərbaycanda 10 ölkənin iştirakı ilə dünya çempionatı keçirilmişdi. Bu il artıq 2 qitə çempionatı - Avropa və Asiya çempionatları geridə qalıb. Noyabrın əvvəli və sonu ardıcıllıqla Afrika və Cənubi Amerika çempionatları da keçiriləcək”.

“Azərbaycan milli yığmasını təbrik edirəm. Çünki Azərbaycan yığması keçən il dünya, bu il də Avropa çempionu olub. Bu cür uğurların davam etməsini arzulayıram. Gənclər və İdman Nazirliyini də belə mötəbər tədbirə ev sahibliyi etdiyinə görə minnətdarlığımı bildirirəm”, - deyə o əlavə edib.