Вернуться назад Распечатать

Cocuq Mərcanlı sakini: Bu gün Cəbrayılımız abadlaşır, sakinlərimiz doğma yurda qayıdır, həyat canlanır

Cəbrayıl, 4 oktyabr, Aydın Yavərzadə, 

Artıq bu gün doğma Cəbrayılımızda şərəfli bir günü – şəhərimizin işğaldan azad edilməsinin beşinci ildönümünü qeyd edirik.

Bu sözləri 1xeber.media-nın bölgə müxbirinə müsahibəsində Cəbrayılın Cocuq Mərcanlı kəndinin sakini Zamin Həziyev bildirib.

"2016-cı ilin Aprel döyüşlərindən sonra Qarabağa Böyük Qayıdış Cocuq Mərcanlı kəndindən başladı və biz doğma kəndimizdə məskunlaşdıq. Həmin vaxt qəlbimizdə daim bir arzu yaşayırdı – torpaqlarımızın bir gün işğaldan tam azad olunması. Nəhayət, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi qəhrəman oğullarımızın canı, qanı bahasına Zəfərlə başa çatdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız azad olundu. Bu gün biz bütöv Azərbaycanımızla, doğma Cəbrayılımızla birlikdə bu sevinci yaşayırıq. Bundan gözəl nə ola bilər?! Mən Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Onlar bizə bu xoşbəxt günləri yaşatdılar. Bu gün Cəbrayılımız abadlaşır, sakinlərimiz doğma yurda qayıdır, həyat canlanır. Hər kəsi bu möhtəşəm gün münasibətilə səmimi qəlbdən təbrik edirəm”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Cəbrayılda Şəhər Günü qeyd olunur.