Вернуться назад Распечатать

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Beynəlxalq Müəllimlər Günü münasibətilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində bayram tədbirləri keçirilib.

Müdafiə Nazirliyindən 1xeber.media-a bildirilib ki, tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir iştirakçılarına bayramın yaranma tarixi ilə bağlı geniş məlumat verilib. Beynəlxalq Müəllimlər Gününün Ulu Öndərin müvafiq Sərəncamına əsasən, hər il ölkəmizdə bayram kimi qeyd edildiyi xüsusi vurğulanıb. Savadlı cəmiyyətin formalaşmasında müəllimlərin rolunun danılmaz olduğu, xalqımız tərəfindən onlara hər zaman hörmət bəsləndiyi qeyd edilib.

Çıxış edən müəllimlər ölkəmizdə müəllimlərin hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıblar.

Sonda təhsilin inkişafında fərqlənən bir qrup professor-müəllim heyəti təltif olunub.