Вернуться назад Распечатать

F-35-dən imtina edib KAAN almağı düşünürlər...

İspaniya Türkiyənin milli döyüş təyyarəsi - KAAN ilə maraqlanır.

1xeber.media xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

“El Economista” nəşri iddia edir ki, ABŞ-dan F-35 qırıcılarının alışını ləğv edən İspaniya gözünü Türkiyənin beşinci nəsil döyüş təyyarəsi olan KAAN-a dikib.

Nəşr yazır ki, İspaniya 2030-cu ildə istifadəyə verilməsi planlaşdırılan KAAN döyüş təyyarələrini almağı düşünür.

Qeyd edək ki, İspaniya mediası ölkəsinin ABŞ-dan F-35 qırıcılarından imtina etməsi ilə bağlı planlaşdırılan addımının avqust ayından gündəmdə olduğunu bildirib.