Rumıniya hökumətinin təsdiqlədiyi qanun layihəsinə əsasən, Avropa İttifaqının sanksiyalarını pozmaq cinayət məsuliyyəti daşıyacaq və bu pozuntular üçün 12 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin hazırladığı layihə Aİ səviyyəsində qəbul edilmiş məhdudlaşdırıcı tədbirlərin Rumıniya qanunvericiliyinə daxil edilməsini təmin edir. Qeyd olunur ki, məqsəd sanksiyaları pozmaq cəhdlərinin qarşısını almaqdır.
Önəmli məqam bundan ibarətdir ki, sanksiyaların pozulması əvvəllər inzibati hüquqpozmalar kimi qiymətləndirilirdisə, indi bu, cinayət xarakteri daşıyacaq. Sadə halda 1–5 il, ağır şəraitdə isə 12 ilədək həbs cəzası tətbiq edilə bilər.