Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında güləş yarışlarının ikinci gününün ilk azərbaycanlı medalçısı bəlli olub.
1xeber.media-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Rəvan Həsənzadə (48 kiloqram) qızıl medalın sahibi olub.