Вернуться назад Распечатать

Dodik Putindən Trampla Balkanlar məsələsində həll yolu tapmasını istəyib.

1xeber.media xəbər verir ki, Serb Respublikası prezidenti Milorad Dodik Rusiya prezidenti Vladimir Putindən Balkan məsələsində ABŞ prezidenti Donald Trampla qalıcı həll yolları inkişaf etdirməsini xahiş etdiyini bildirib. Onun sözlərini TASS agentliyi yayıb.

"Mən prezidentdən daha bir məsələyə diqqət yetirməsini xahiş etdim (...). Əgər iki dünya gücü arasında razılıq əldə olunarsa, Balkanlara diqqətin itirilməməsi çox vacibdir", - Dodik Valday Diskussiya Klubunun iclası çərçivəsində Putinlə görüşdən sonra deyib.

Onun sözlərinə görə, ən yaxşı addım Rusiya və ABŞ-ın regionda vəziyyəti sabitləşdirmək üçün Balkan komissiyası yaratması olardı.

Bundan əvvəl Dodik Rusiya prezidenti Vladimir Putindən respublikanı Avropa İttifaqı (Aİ) bürokratlarının mərhəmətinə buraxmamağı xahiş etmişdi. O, iddia edib ki, Aİ rəsmiləri Serb Respublikasını boğur və onun normal həyat sürməsinə mane olur.