"Qarabağ" Misli Premyer Liqasında növbəti matçını keçirib.
1xeber.media xəbər verir ki, “Qarabağ” VII turda "Kəpəz"i qəbul edib.
Görüş 1-0 meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Günün ikinci matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la qarşılaşacaq.
Qeyd edək ki, VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.