Вернуться назад Распечатать

Putinin Qərbə verdiyi siqnal Valdayda ortaya çıxdı

1xeber.media xəbər verir ki, “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin Moskvanın Qərbin hegemonluğuna müqavimət göstərməyə hazır olduğunu açıq şəkildə bildirib. Hindistanın “Firstpost” nəşri Rusiya liderinin Qərb ölkələrinə belə bir siqnal göndərdiyini yazıb.

“Bu həm xəbərdarlıq, həm də elan idi ki, Rusiya təkcə Ukraynada deyil, ümumilikdə Qərbin hökmranlığına qarşı uzunmüddətli qarşıdurmaya hazırdır”, - məqalədə deyilir.

Qeyd olunur ki, Rusiya liderinin Valdaydakı çıxışının həm də strateji məqsədi olub: Rusiyanın sanksiyalardan sağ çıxmış, təcrid olunmağa müqavimət göstərən və Ukraynada mövqelərini möhkəmləndirməkdə davam edən qüvvə olduğunu nümayiş etdirmək.