Yaponiyanın Honsyu adası adlanan ərazidə 6 bal gücündə zəlzələ olub.
1xeber.media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerin 47 km dərinliyində baş verib.
Hadisədən sonra hər hansı dağıntı, tələfat və ya sunami təhlükəsi ilə bağlı məlumat verilməyib.