Вернуться назад Распечатать

Gürcüstanın baş naziri iğtişaşlarda Aİ səfirini günahlandırıb

1xeber.media xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze iğtişaşlarda Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Qerçinskini günahlandırıb.

“Bilirsiniz ki, bəzi əcnəbilər hətta konstitusiya quruluşunu devirmək cəhdini birbaşa dəstəkləyiblər, o cümlədən Aİ nümayəndəsi”, - Kobaxidze vurğulayıb.

O əlavə edib ki, diplomat Tbilisidəki iğtişaşlara görə "xüsusi məsuliyyət" daşıyır.

Bundan əvvəl Kobaxidze ölkədə fəaliyyət göstərən xarici agentlərin tamamilə zərərsizləşdiriləcəyini bəyan edib. O, prezident sarayının yerləşdiyi Atoneli küçəsində baş verənləri də cinayət adlandırıb.