Вернуться назад Распечатать

Səməd Qurbanova fəxri fərman verildi

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib.

1xeber.media xəbər verir ki,"Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri seçilib.

Müavinləri isə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və “Nardaran Invest” MMC-nin direktoru Qəmbər Bənənyarlı olub.

Tədbirdə Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə Səməd Qurbanova Fəxri Fərman təqdim edilib.